Venesuela ABŞ-dan hava məkanına hörmət etməyi tələb edib
Venesuela ABŞ-dan hava məkanına hörmət etməyi tələb edib
Venesuela ABŞ-ın ölkənin hava məkanına dair davranışlarını kəskin tənqid edərək Vaşinqtonu beynəlxalq hüquqa əməl etməyə çağırıb.
Bu barədə ölkə höküməti bəyanat yayıb.
Bəyanatda deyilir ki, Venesuela ICAO normaları və 1944-cü il Çikaqo Konvensiyası ilə qorunan hava məkanına qeyd-şərtsiz hörmət tələb edir.
Karakas ABŞ Prezidenti Donald Trampın açıqlamalarında güc tətbiqi hədələrini və ölkənin suverenliyinə, ərazi bütövlüyünə və aviasiya təhlükəsizliyinə risk gördüyünü bildirib.
Venesuela hökuməti beynəlxalq ictimaiyyətə, dünyanın suveren dövlətlərinə, eləcə də BMT və müvafiq çoxtərəfli qurumlara müraciət edərək ABŞ-ın “aqressiya aktını” qəti şəkildə pisləməyə çağırıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?