Venesuela XİN: ABŞ Latın Amerikası ölkələrinə qarşı aqressiya həyata keçirib
Venesuela XİN: ABŞ Latın Amerikası ölkələrinə qarşı aqressiya həyata keçirib
ABŞ təkcə Venesuelaya deyil, Latın Amerikası və Karib hövzəsindəki bütün ölkələrə qarşı aqressiya nümayiş etdirib.
Bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto Latın Amerikası və Karib Dövlətləri Birliyinin videokonfrans formatında keçirilən fövqəladə sammitində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, həyata keçirilən hücum yalnız Venesuelaya deyil, bütün Latın Amerikası və Karib regionuna yönəlib. O vurğulayıb ki, ABŞ artıq əsl marağının regionun təbii sərvətləri olduğunu gizlədə bilmir.
İvan Hil Pinto qeyd edib ki, suverenliyini qorumağa çalışan istənilən ölkə ABŞ tərəfindən aqressiya ilə üzləşə bilər.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək