Venesuelada təyyarə qəzası: Ölənlər var
Venesuelada təyyarə qəzası: Ölənlər var
Venesuelada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki pilot və sərnişin həlak olublar.
Bu barədə "ABC Noticias" məlumat yayıb.
Qeyd olunur ki, hadisə San-Kristobal şəhərinin Paramillo hava limanında baş verib. Məlumata görə, təyyarə havaya qalxan zaman pilot idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağının yaxınlığına düşərək, alovlanıb.
Yerli mətbuatın paylaşdığı görüntülərdə təyyarənin havaya qalxmağa başladığı, sonra isə havada çevrildikdən sonra yerə çırpıldığı və partladığı görünür.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?