Vens Trampın varisləri arasında liderdir
Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir.
Vens forum iştirakçılarının səslərinin 53%-ni toplayıb.
ABŞ Dövlət Katibi Marko Rubio ikinci yerdə qərarlaşıb və respondentlərin 35%-i onu dəstəkləyib. CPAC, qanunvericiləri, fəalları və yüksək vəzifəyə potensial namizədləri bir araya gətirən ABŞ Respublikaçılar Partiyasının mühafizəkar qanadı üçün əsas platforma hesab olunur.
Konfransın bir hissəsi olaraq keçirilən sorğu gələcək rəsmi Respublikaçı namizədin dəqiq proqnozu hesab edilməsə də, "Amerikanı Yenidən Böyük Et" hərəkatının tərəfdarlarının əsas əhval-ruhiyyəsini əks etdirir.
Qeyd edək ki, Respublikaçılar 2028-ci ilin noyabr seçkilərindən əvvəl öz partiyalarından yeni prezidentliyinə namizəd seçməli olacaqlar, çünki ölkə Konstitusiyasına uyğun olaraq, hazırkı ABŞ przidenti Donald Tramp yalnız iki müddətə prezident seçilə bilər.







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!