Vuçiç: Rusiya ilə münasibətlərimiz nə zaman yaxşı olub?
Vuçiç: Rusiya ilə münasibətlərimiz nə zaman yaxşı olub?
Serbiya Prezidenti Aleksandar Vuçiç opponentlərinin Qərbin sanksiyaları səbəbindən Rusiya ilə münasibətlərin pisləşməsi barədə ittihamlarına cavab verib.
Bu barədə “TV İnformer” kanalı məlumat yayıb.
Vuçiç bəyan edib ki, Belqradla Moskva arasında münasibətlər təkcə İosif Stalinin dövründə deyil, 20-ci əsrin birinci yarısında da gərgin olub:
"Deyirlər ki, 1948-ci ildən Rusiya ilə münasibətlərimizdə belə ağır vəziyyət olmayıb. Hətta soruşmağa da utanıram: 1917-ci il Oktyabr inqilabından sonra yaxşı münasibətlərimiz olubmu?".
Qeyd edək ki, Serbiya Prezidenti Vuçiç daha əvvəl Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini dəyişmək niyyətində olmadığını bildirsə də, gələcəkdə oxşar addımların atılacağını istisna etməyib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf