Vəziyyət Rusiya üçün çox kritikdir - Ekspert
Vəziyyət Rusiya üçün çox kritikdir - Ekspert
Ukraynanın Rusiyaya PUA hücumları artan xətt üzrə davam edir və bu, daha da artacaq. Rusiyanın Ukraynaya dron hücumları Kiyevi cavab zərbələri endirməyə vadar edir. Zelenski Rusiyaya bir gündə 400-500 deyil, 1000 dronla hücum ediləcəyi barədə anons verib.
Bu sözləri yeni info.az-a Axar.az-a istinadən açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bütün bunların əsas məqsədi Rusiyanı danışıqlar masasına gətirməkdir, Ukrayna prezidenti də bunu açıqlamasında təsdiqləyib:
“Qarşıdakı iki ay Rusiya üçün çox çətin və gərgin olacaq. Rusiyanın bunun öhdəsindən necə gələcəyini bilmirəm, ancaq görünən odur ki, ölkə çox çıxılmaz vəziyyətdədir. Əvvəlki kimi dəstəyi də yoxdur. Dəstək zəiflədiyi üçün Ukrayna tərəfindən göndərilən dronlar Rusiyanın neft zavodlarını və strateji obyektlərini vurmaqda davam edir. Ona görə də danışıqlar masası məsələsi real görünür. Bununla bağlı ABŞ prezidenti də açıqlama verib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatması çox realdır. Tramp son zamanlar cəbhədə baş verən vəziyyəti bildiyi üçün belə bir açıqlama verib. Vəziyyət Rusiya üçün çox kritikdir. Xüsusən də Krım da daxil olmaqla, Rusiyanın 89 regionundan 88-də artıq yanacaqla bağlı xüsusi rejim tətbiq olunub. Həmçinin 40 regionunda yanacaq talonla satılır. Əlbəttə ki, bunlar gözlənilən idi. Rusiyanın atdığı addımlar məsələnin bu qədər dərinləşməsinə səbəb oldu. Əvvəl "xüsusi hərbi əməliyyat" deyirdilər, indi isə artıq "müharibə" sözünü işlədirlər. Rusiyanın iri və kiçik regionları Ukrayna dronlarının hücumlarına məruz qalır”.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski