WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
WUF13 tədbirinə qədər aidiyyəti qurumlar konkret fəaliyyət planı hazırlamışdı və bu barədə ictimaiyyət də məlumatlandırılmışdı. Alternativ yolların təşkili, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həm şəhər sakinlərinin, həm də xaricdən gələn iştirakçıların nəqliyyat vasitələri ilə təmin olunması əvvəlcədən planlaşdırılmışdı. Buna görə də tədbir çərçivəsində ciddi problemlər yaşanmadı.
Bu sözləri Yeni info.az Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda keçirilən WUF13 tədbiri fonunda paytaxt yollarında heç bir yüklənmə olmaması və əlavə sıxlığın yaranmaması haqda danışarkən deyib.
Ekspert bildirib ki, düzgün planlama və əvvəlcədən hazırlanmış idarəetmə modeli tədbirlə bağlı yolların yüklənməsinin qarşısını aldı:
“Əhali də doğru məlumatlandırılmışdı. Vətəndaşlar zərurət olmadan şəhər mərkəzinə fərdi avtomobillərlə getmədilər. Adətən Bakı şəhərinin girişlərində ciddi sıxlıq müşahidə olunur. Amma bu həftə əvvəlki həftələrlə müqayisədə həmin sıxlığın xeyli azaldığını gördük”.
Ekspertin sözlərinə görə, WUF13 çərçivəsində tətbiq edilən nəqliyyat idarəetmə sistemi gələcək üçün də nümunə sayıla bilər:
“Bu tədbir bizim üçün əlavə təcrübə oldu. Düşünürəm ki, bu tənzimləmə təcrübəsindən istifadə etməklə Bakıda sıxlığın azaldılması istiqamətində addım atmaq olar”.
Qeyd edək ki, 17 mayda Bakıda öz işinə başlayan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün işini başa vuracaq.







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir