Xamenei belə öldürülüb - Detallar
Xamenei belə öldürülüb - Detallar
İranın dini lideri Əli Xameneinin qaldığı iqamətgaha ABŞ və İsrail qüvvələri 30 bomba atıb.
Bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, zərbələr ölkənin bütün ali rəhbərliyi iqamətgahda olarkən endirilib və iqamətgah tamamilə dağıdılıb.
“İsrail və ABŞ kəşfiyyat rəsmiləri İranın yüksək rütbəli siyasi və hərbi liderlərinin birgə görüşünü uzun müddət gözləyirdilər. Kəşfiyyat şənbə günü İran rəhbərliyinin və Xameneinin yerini müəyyən edib. Bu fürsət unikal hesab edilib və buna görə də hücum gündüz vaxtı həyata keçirilib. Əməliyyat İran vaxtı ilə səhər saat 10-dan bir qədər əvvəl raket və qırıcı təyyarələrin böyük bir dalğası ilə başlayıb və axşam saatlarına qədər təxminən 200 İsrail qırıcı təyyarəsi təxminən 500 hədəfə hücum edib", - nəşr bildirib.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei dünən ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi