Telefon
WhatsApp
Xameneinin cənazəsi İraqa gətirildi
300 X 250 Reklam Alanı

ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın dini lideri Əli Xameneinin nəşinin olduğu tabut İraqa çatdırılıb. Cənazə İraqın Nəcəf şəhərinin hava limanına xüsusi təyyarə eniş edib.

Yeni info.az Teleqraf-a istinadən xəbər verir ki, Dəfn Təşkilatları üzrə Ali Komitə şiə müsəlmanları üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərində dəfn mərasimləri üçün lojistik və texniki hazırlıqların tam başa çatdığını elan edib.

İraqda keçirilən dəfn mərasimlərində iştirak edən İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edir. O, Nəcəfə çatdıqdan dərhal sonra İraqın Baş naziri Əli əl-Zeydi ilə danışıqlar aparıb. İraqın Baş naziri bu mərasimlə bağlı 8 iyulu tətil günü elan edib.

Fevralın 28-də sui-qəsd nəticəsində öldürülən Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasimi iyulun 9-da mərhumun doğulduğu İranın Məşhəd şəhərində keçiriləcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150