Xankəndi, Ağdərə və Xocalıda Bilik günü qeyd olunub
Xankəndi, Ağdərə və Xocalıda Bilik günü qeyd olunub
15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabağ bürosuna verilən məlumata görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə məktəbdə 1035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur.
Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird qədəm qoyub. Ümumilikdə məktəbdə 116 şagird təhsil alır. Xocalının Ballıca kənd orta məktəbində isə bu il 7 şagird birinci sinfə qəbul olunub.Məktəbdə ümumilikdə 168 şagird təhsil alır. Ağdərə rayonunun kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb.
Həsənriz kənd orta məktəbində 3, Vəngli kənd məktəbində 2, Suqovuşan kənd orta məktəbində 8, Talış kənd orta məktəbində isə 4 şagird birinci sinfə qəbul olunub. Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu