Telefon
WhatsApp
Xankəndidə bayram atəşfəşanlığı keçirilib
300 X 250 Reklam Alanı

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub.

Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur, sevinc hissləri yaşadıb.Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150