Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər
Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər.
Bəzi hallarda eyni problem Cənubi Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər.
Ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.
Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.







Oxşar -Yeniinfo.az
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
21 yeni peşə təhsili mərkəzi tikiləcək
Metroda qatar sayı artırıldı
Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir
Sözün sehri ilə: Mübariz Yunusun poeziya gecəsi
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi