Xinhua": Çində mədəndə baş verən qəza nəticəsində dörd nəfər ölüb
Xinhua": Çində mədəndə baş verən qəza nəticəsində dörd nəfər ölüb
Çinin Yunnan əyalətində (Cənub-qərbi Çin) yerləşən şaxtada kömür və qazın qəfil püskürməsi baş verib, nəticədə xilasedicilər dörd nəfərin meyitini aşkar ediblər, daha üç nəfər isə itkin düşmüş hesab olunur.
Bu barədə "Xinhua" agentliyi Cjenzyun qəzasının administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə dekabrın 24-də yerli vaxtla saat 20:10-da (Bakı vaxtı ilə 16:10) "Dayin" kömür şaxtasında baş verib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək