Telefon
WhatsApp
Xronika:
300 X 250 Reklam Alanı

Süjetdə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyanın fikirlərindən bəhs olunur.

Onun sözlərinə görə, azərbaycanlılar mərhələli şəkildə Ermənistana (Qərbi Azərbaycan) qayıdacaq və hər şey Prezident İlham Əliyevin dediyi kimi olacaq. Yəni onlar tanklarla deyil, maşınlarla İrəvana gələcəklər. Bununla bağlı hüquqi baza hazırlanır. Ermənistan Konstitusiyasında milli azlıqların da parlamentdə təmsil olunması nəzərdə tutulur ki, bu da azərbaycanlıların qanunverici orqana seçilməsi deməkdir.

Bildirilir ki, N.Zohrabyan azərbaycanlıların qayıdışı ilə bağlı reallıqları Nikol Paşinyan hökumətini ittiham etmək üçün dilə gətirsə də, beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdışı Ermənistan hökuməti qarşısında tələb kimi irəli sürür. Qərbi Azərbaycana qayıdış hüququ artıq beynəlxalq müstəviyə çıxarılıb və ciddi dəstək qazanıb. Baş nazir Nikol Paşinyanın Qərbi Azərbaycanla bağlı Bakıya "yol xəritəsi"nin hazırlanması təklifindən sonra İrəvanda belə müzakirələr daha da genişlənib.

"Fakt" qəzeti yazır ki, Paşinyanın təklifi əslində Əliyevin tələbini məharətlə qanuniləşdirməkdir: "Paşinyan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Ermənistana qayıdışını bərabərləşdirir və bununla rəsmi Bakının Qərbi Azərbaycan planını beynəlxalq müstəvidə qanuniləşdirir".

Ermənistanda ictimai rəy belədir ki, Azərbaycandan neft məhsullarının idxalı Bakının təsir rıçaqlarını gücləndirəcək. Politoloqlar Artur Xaçikyan, Stepan Danielyan və jurnalist Hraçya Qalustan iddia edirlər ki, Ermənistanın Azərbaycana tabe edilməsi, onu vassal dövlətə çevirmək proqramı davam edir: "Paşinyan hökuməti Bakıdan və Avropadan gələn bütün təlimatları yerinə yetirir. Ermənistan Azərbaycan vasitəsilə taxıl, neft, qaz, elektrik enerjisi və digər həyati əhəmiyyətli resurslar almalıdır. Seçkidə Paşinyanın qələbəsindən sonra səhifə çevriləcək və şərtlərin icrasına başlanılacaq. Ermənistan sürətlə növbəti güzəştə hazırlaşır. Prezident İlham Əliyev azərbaycanlıların qayıdışı məsələsini açıq şəkildə dilə gətirir və soydaşlarının qayıdışına, eləcə də Sünikin (Zəngəzur) nəzarətə götürülməsinə nail olacaq".

Sonda vurğulanır ki, İrəvanda azərbaycanlıların geri dönəcəyinin real olduğunu anlayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150