XX əsrin ən parlaq kometasının Yerə qayıdacağı tarix açıqlandı
XX əsrin ən parlaq kometasının Yerə qayıdacağı tarix açıqlandı
"XX əsrin ən parlaq kometası olan Heyl-Bopp kometası Günəş sistemini tərk edə bilməyəcək və 4390-cı ildə yenidən Yer kürəsinə yaxınlaşacaq".
Bunu TASS agentliyinə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont deyib.
Onun sözlərinə görə, hazırda kometa kifayət qədər uzaqda - Pluton və Sedna cırtdan planetləri arasında yerləşir.
Eysmont vurğulayıb ki, yalnız kometa qayıtdıqdan sonra onun gələcəkdə Günəş sisteminin hüdudlarından kənara çıxa bilib-bilməyəcəyi aydınlaşacaq:
"Hər şey Yupiterin davranışından asılı olacaq. O, cazibə qüvvəsi ilə kometanı ya Günəş sisteminin hüdudlarından kənara atacaq, ya da birbaşa Günəşə göndərəcək və kometa orada yanacaq".
Qeyd edək ki, Heyl-Bopp kometası 1995-ci il iyulun 23-də kəşf edilib.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..