Xətai prospektində XAOS: Xətlənmə və nişanlama aparılmadı, piyadalar vuruldu
Xətai prospektində XAOS: Xətlənmə və nişanlama aparılmadı, piyadalar vuruldu
Əks yola çıxan avtomobil iki piyadanı vurub. Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb.
Hadisə yol nişanlarının və xətlənmənin olmadığı ərazidə baş verib. Şahidlər bildirirlər ki, yenicə təmirdən çıxan bu ərazidə hərəkət xaotikdir və təhlükə hər an yarana bilər.
Xətai prospektində asfaltlanma işləri artıq yekunlaşıb. Köhnə asfalt qatı sökülüb, əvəzində yeni örtük vurulub və hazırda nəqliyyat vasitələri prospekt üzrə hərəkət edir.
Piyadalar bildirirlər ki, yolda texniki tamamlanma mərhələsi hələ icra olunmadığından onlar haradan keçəcəklərini bilmirlər. Üstəlik, ərazidə səkilər və parkinq zonalarında da müəyyən problemlər mövcuddur.
Xüsusilə bu yoldan mütəmadi istifadə edənlər problemin qısa zamanda həll edilməsini istəyirlər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xətai prospektində yol nişanlarının quraşdırılması, xətlənmə və hərəkətin təşkili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətinə aiddir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu