Xəzər sahilində 320-dən çox suiti cəsədi tapıldı
Xəzər sahilində 320-dən çox suiti cəsədi tapıldı
Xəzər dənizinin Dağıstan sahillərində 322 ölü suiti tapılıb.
Cəsədlər Sulak çayının mənsəbi ilə Terek çayı arasındakı sahildə görünüb.
Aşkarlanan ölü heyvanların sayının arta biləcəyi qeyd edilib.
Dağıstan Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri sahil xəttində araşdırmalara başlayıblar.
Nazirlik əlavə edib ki, Xəzər suitilərinin ölümü hər il məməlilərin miqrasiyası dövründə müşahidə olunur. Alimlər hesab edirlər ki, bu fenomenin əsas səbəbi heyvanların dəniz dibindən təbii qaz emissiyası zonalarından keçərkən boğulmasıdır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu