Telefon
WhatsApp
Yandırılan məktəblinin son durumu açıqlandı
300 X 250 Reklam Alanı

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Belə ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Modern.az Yeni info.az xəsarət alan məktəblinin son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzində davam etdirilir:

"20.04.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150