Yaponiya Çinlə münasibətlər gərginləşdiyi üçün pandalardan məhrum qala bilər
Yaponiya Çinlə münasibətlər gərginləşdiyi üçün pandalardan məhrum qala bilər
Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı açıqlamaları və Pekinin bu açıqlamalara sərt reaksiyasından sonra Çinlə münasibətlərin gərginləşməsi səbəbindən Yaponiya zooparkları Çin pandalarından məhrum qala bilər.
Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Hazırda Yaponiyada Çin tərəfindən icarəyə verilmiş Syao-Syao və Ley-Ley adlı iki panda var. Hər iki heyvan "Tokio Ueno" zooparkının əsas cazibə mərkəzidir. "Kyodo" agentliyi qeyd edir ki, pandaların icarə müddəti 2026-cı ilin fevralında başa çatır və Çin tərəfinin Yaponiyaya yeni panda verməkdən imtina edə biləcəyi ehtimal olunur. Bu fikir artıq Çin mediasında və sosial şəbəkə istifadəçiləri tərəfindən səsləndirilib. Onlar Yaponiyanı baş nazirin Tayvanla bağlı açıqlamalarına görə sərt şəkildə tənqid edirlər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?