Yaponiyada 100 və daha çox yaşı olanların sayı rekord həddə çatıb
Yaponiyada 100 və daha çox yaşı olanların sayı rekord həddə çatıb
Yaponiyada 100 və daha çox yaşda olan insanların sayı rekord səviyyəyə çatıb.
Bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu il ölkədə 100 yaşını keçmiş şəxslərin ümumi sayı 99 763 nəfərə yüksəlib. Bu göstərici son 55 il ərzində fasiləsiz olaraq artım tendensiyası nümayiş etdirir. Ölkədəki uzunömürlülərin təxminən 88 faizi qadınlardır.
Yaponiyanın ən yaşlı sakini 114 yaşlı Şigeko Kaqavadır. Uzunömürlü qadın Nara prefekturasının Yamato-Koriyama şəhərində yaşayır. Ən yaşlı kişi isə 111 yaşlı Kiyetaka Mizuno olub, o İvata şəhərində yaşayır.
Yaponiya hökuməti bu göstəricini ölkənin sosial rifah sisteminin və sağlam həyat tərzinin nəticəsi kimi qiymətləndirir. Səhiyyə naziri Takamaro Fukoka, 87 784 qadın və 11 979 kişini uzunömürlülük münasibətilə təbrik edib.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...