Yaşar Güler: "Türkiyə və Azərbaycan arasındakı həmrəylik regional sabitliyin ən önəmli təminatıdır"
Yaşar Güler: "Türkiyə və Azərbaycan arasındakı həmrəylik regional sabitliyin ən önəmli təminatıdır"
"Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgərləri Qarabağı işğaldan azad etməklə, uzun illərdir davam edən zülmə son qoymaqla göstərdikləri cəsarət, əzm və qətiyyət türk tarixinin qızıl səhifələrinə həkk olunub".
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edərkən deyib.
"Biz də Türkiyə olaraq bu müqəddəs zəfərlə qürurlandıq və qürurlanırıq. Vətən müharibəsi günlərində "İki dövlət, bir millət" anlayışını növbəti dəfə bütün aşkarlığı ilə yaşadıq. Çünki Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir", - deyə o vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin liderlikləri sayəsində iki ölkə arasında əlaqələr tarixin ən güclü dövrlərindən birini yaşayır:
"Başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə örnək əməkdaşlığımız var. Türkiyə və Azərbaycan arasındakı güclü həmrəylik regional sabitliyin ən önəmli təminatıdır. Türkiyə həmişə Azərbaycanın haqlı mübarizəsində, təhlükəsizliyində və rifahında onun yanında olmağa davam edəcək".







Oxşar -Yeniinfo.az
Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik