Yay aylarında bir çox insan elektrik enerjisi xərclərini artırmadan evlərini sərin saxlamağın yollarını axtarır
Yay aylarında bir çox insan elektrik enerjisi xərclərini artırmadan evlərini sərin saxlamağın yollarını axtarır
Yay aylarında bir çox insan elektrik enerjisi xərclərini artırmadan evlərini sərin saxlamağın yollarını axtarır. Lakin təbiət bu məsələdə bizə yardım edə bilər, söhbət havanı effektiv şəkildə soyudan dekorativ bitkidən gedir.
"Bovary.gr" portalına istinadən xəbər verir ki, xoş ətirli jasmin bitkisi evdə temperaturu əhəmiyyətli dərəcədə aşağı salmaq iqtidarındadır.
Məlumatda qeyd olunur ki, jasmin bitkisinin yarpaqları havadakı suyu buxarlandıraraq ətraf mühiti təbii şəkildə soyudur. Bitkinin sıx yarpaqları isə istilikdən qoruyur və günəş şüalarını filtr edir.
Yaxşı inkişaf etmiş jasmin havanın temperaturunu 3-4 dərəcə selsiyə qədər endirə bilər. Xüsusilə gecə saatlarında bu bitki təravətli ətri ilə rahatlıq hissi yaradır. Dözümlü və qulluq baxımından iddiasız olan jasmin, evinizə həm gözəllik, həm də sərinlik gətirərək yay istisində əsl xilaskarınıza çevrilə bilər.







Oxşar -Yeniinfo.az
Pezeşkian İslam ölkələrinə çağırış edib
İran heç kimin nail olmadığı bir vəziyyətdədir - Tramp
Ukraynanın bütün ərazisində həyəcan siqnalı
Pezeşkiandan Şərifə: Biz buna hazırıq!
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Tramp Ukrayna üçün hazırdır: Detallar razılaşdırılacaq
Belarus çətin vəziyyətdə: Ukraynanı razı salmasa..
Rusiyaya genişmiqyaslı PUA hücumu