Yay gəlir… – Dəqiq tarix
Yay gəlir… – Dəqiq tarix
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Yeni info.az-a Globalinfo.az-dan verilən məlumata görə, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq.
Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.
Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.







Oxşar -Yeniinfo.az
Kirayə mənzillər bahalaşacaq
Meyvə-tərəvəz niyə ucuzlaşmır?
Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
5 sm böyüklüyündə dolu düşdü, 15 dəqiqə davam etdi