Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu
Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 27-ci binanın yaxınlığında gecələr görülən sürətli qazıntı işləri insanların ciddi narahatlığına səbəb olur.
Sakinlərin sözlərinə görə, onların evlərinin yaxınlığında tikiləcək çoxmərtəbəli binanın bünövrəsinin qazıntısı yalnız axşamlar həyata keçirilir.
Ağır texnikaların yaratdığı titrəmə isə mənzillərdə hiss olunur.
Ərazi qayalıq olduğundan texnika daha sərt və daha gur səs çıxarır. Sakinlərin sözlərinə görə, bir müddət işlər dayandırılıb, amma yenidən davam edilib.
Özünü iş icraçısı kimi təqdim edən Nazim Hüseynov görülən işlərin icazə ilə aparıldığını bildirdi.
Məslə ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmadı.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ərazidə tikilməkdə olan yaşayış binasının sənədləri var və qaydasındadır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu