Yeni kəşf edilən asteroid Yerlə toqquşa bilər
Yeni kəşf edilən asteroid Yerlə toqquşa bilər
"Yanvarın 14-də kəşf edilən CE2XZW2 adlı asteroid Yerlə toqquşa bilər, lakin planetin özü bundan zərər görməyəcək".
Bu barədə "RIA Novosti" agentliyinə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun aparıcı elmi əməkdaşı Nikolay Jeleznov məlumat verib.
Astronomun sözlərinə görə, CE2XZW2-nin nominal orbiti Yer mərkəzindən təxminən 3 min kilometr məsafədə yerləşir.
"Bu, o deməkdir ki, toqquşma baş verə bilər. Lakin bu, hələlik bir ehtimaldır", - deyə Jeleznov qeyd edib.
Alim vurğulayıb ki, toqquşmanın dəqiq vaxtını qiymətləndirmək üçün hələ kifayət qədər məlumat yoxdur, çünki yeni kəşf edilmiş asteroidlərin orbitləri ilkin mərhələdə dəqiq müəyyənləşdirilmir.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı