Yeni "Peugeot" avtomobillərində dördbucaqlı sükanlar quraşdırılacaq
Yeni "Peugeot" avtomobillərində dördbucaqlı sükanlar quraşdırılacaq
Fransanın "Peugeot" şirkəti öz istehsal etdiyi avtomobillərdə ənənəvi sükanın əvəzinə dördbucaqlı "Hypersquare" konsepsiyalı sükan tətbiq etməyi nəzərdə tutur.
Bu barədə məlumatı "Handelsblatt" nəşri yayıb.
İstehsalçı yeni sükanın prototipini yaradaraq jurnalistləri onu sınaqdan keçirməyə dəvət edib. "Hypersquare" sükanı üzərində dörd dairəvi panel yerləşir. Yuxarı panellərdə baş barmaqlarıla basıla bilən və bəzi əlavə funksiyaları idarə edən düymələr mövcuddur.
Sükanın ekstravaqant formasına baxmayaraq çox rahat olduğu bildirilir. Yeni sistemdə sükan və təkərlər arasında birbaşa mexaniki əlaqə yoxdur. Bu səbəbdən sükan çarxlarından gələn titrəmələr artıq sükana ötürülmür.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək