Yeni Zelandiya İrana qarşı sanksiyaları bərpa edib
Yeni Zelandiya İrana qarşı sanksiyaları bərpa edib
Yeni Zelandiya İrana qarşı sanksiyaların bərpa olunduğunu elan edib.
Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bəyanatında bildirib.
Qeyd olunub ki, sanksiyaların yenidən tətbiqi İranın uranın zənginləşdirilməsi üzrə öhdəliklərinə əməl etməməsindən irəli gəlir.
Yeni Zelandiya ardıcıl olaraq nüvə silahının yayılmasının qarşısını almaq üçün diplomatik səyləri dəstəkləyir və biz İranı Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə tam danışıqları və əməkdaşlığı bərpa etməyə çağırırıq", - Peters bildirib.
Nazir həmçinin maliyyə məhdudiyyətləri və səyahət qadağası da daxil olmaqla sanksiyaların oktyabrın 18-dən qüvvəyə minəcəyini açıqlayıb.
"Bunlara aktivlərin dondurulması və sanksiyaya məruz qalan şəxslərin səyahət qadağası, habelə müəyyən nüvə və hərbi malların idxalı və ixracına məhdudiyyət daxildir".
O qeyd edib ki, İranla iş görmək istəyən Yeni Zelandiya vətəndaşları 2026-cı il fevralın 1-dən hökumətdə qeydiyyatdan keçməlidirlər.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf