Yeni Zelandiyada torpaq sürüşməsi baş verib, ölənlər var
Yeni Zelandiyada torpaq sürüşməsi baş verib, ölənlər var
Yeni Zelandiyanın Şimal adasının şimal-şərq sahilində baş verən torpaq sürüşməsi nəticəsində azı iki nəfər həyatını itirib.
Bu barədə ölkənin Baş naziri Kreistofer Lukson məlumat verib.
Baş nazir "X" platformasında yaydığı açıqlamada Plenti körfəzində baş vermiş torpaq sürüşməsi nəticəsində iki yaxınını itirən ailəyə başsağlığı verib.
"Radio New Zealand" radiosunun məlumatına görə, yanvarın 22-də torpaq sürüşməsinin qeydə alındığı "Mount Maunganui" istirahət parkında axtarış-xilasetmə işləri davam edir. İlkin məlumatlara əsasən, torpaq və dağıntılar altında altıdan doqquzadək şəxsin, o cümlədən iki uşağın qala biləcəyi ehtimal olunur.
Bildirilib ki, xilasetmə əməliyyatlarını mürəkkəb yol-nəqliyyat vəziyyəti çətinləşdirir. Fəlakət zonasındakı avtomobil yollarının əksəriyyəti torpaq sürüşməsi səbəbindən bağlanıb və kommunal xidmətlər indiyədək yalnız təcili tibbi yardım maşınlarının hərəkəti üçün bir zolağı açmağa nail olub.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq