Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
2001-2024-cü illər ərzində Yer kürəsi daha az Günəş işığını əks etdirib. Bu dəyişikliklər xüsusilə Şimal yarımkürəsində qabarıq müşahidə olunur.
Bu barədə NASA-nın Lenqli Tədqiqat Mərkəzinin alimləri bəyan ediblər.
Mütəxəssislər bildiriblər ki, əsas səbəblər arasında Arktikada buz və qar örtüyünün azalması, atmosferdə su buxarı və buludların dəyişməsi, həmçinin aerozolların azalması dayanır.
"Əgər buz və qar Günəş şüalarını güclü əks etdirirdisə, indi onların yerini daha qaranlıq səthlər - su və torpaq alır", - deyə tədqiqatda bildirilib.
Qeyd olunub ki, əvvəllər Cənub yarımkürəsindən Şimala enerji axını bu fərqi qismən tarazlaşdırırdı, lakin son 20 ildə bu mexanizm kifayət etmir.
Alimlərin gəldiyi qənaətə görə, Şimal yarımkürəsində buzların əriməsi və qar örtüyünün itməsi Yerin daha çox Günəş enerjisi udmasına səbəb olur







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...