Yer Günəşdən maksimum uzaqlaşacaq
Yer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq.
Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,1 milyon kilometr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, yanvarın əvvəlində müşahidə olunan periheliya zamanı bu məsafə təxminən 147,1 milyon kilometr olur.
Qeyd edək ki, Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.
Yer afeli nöqtəsinə çatdıqda Günəşin görünən diametri ilin ən kiçik göstəricisinə - 31 dəqiqə 31 saniyəlik bucaq ölçüsünə enəcək. Görünüşcə Günəş yanvar ayı ilə müqayisədə təxminən 3 faiz kiçik olacaq. Lakin bu fərqi adi gözlə hiss etmək demək olar ki, mümkün deyil; onu yalnız peşəkar çəkilmiş şəkillərin müqayisəsi zamanı müşahidə etmək olar.
Bu hadisə niyə baş verir?
Yer orbiti ideal dairə deyil, bir qədər uzanmış ellips formasındadır. Buna görə də, planetimizlə Günəş arasındakı məsafəs il ərzində dəyişir. Afeli nöqtəsi Yerin orbit üzrə ən yavaş hərəkət etdiyi mövqedir ki, bu da Keplerin ikinci qanunu ilə izah olunur







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər