Yerkökünün sağlamlığa möhtəşəm təsirləri
Yerkökünün sağlamlığa möhtəşəm təsirləri
Son araşdırmalar yerkökünün (kök) gündəlik rasionda mühüm yer tutmasının sağlamlıq üçün çoxsaylı faydalar yaratdığını göstərir.
Dietoloqlar yerkökünü xüsusilə qış mövsümündə daha çox istifadə etməyi tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, yerkökü A vitamini ilə son dərəcə zəngindir və bu da görmə qabiliyyətini gücləndirir, gecə korluğunun qarşısını alır. Tərkibindəki beta-karotin güclü antioksidant təsir göstərərək orqanizmi sərbəst radikallardan qoruyur.
Xüsusilə uşaqlar və yaşlılar üçün yerköku çox faydalıdır. Tərkibindəki liflər həzm sistemini tənzimləyir və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Bundan əlavə, mütəxəssislər yerkökünün ürək-damar xəstəliklərinin riskini azaltdığını, qanda xolesterin səviyyəsini tənzimlədiyini və qan təzyiqinə müsbət təsir göstərdiyini bildirirlər.
Qidalanma üzrə ekspertlər yerkökünü çiy, buğda bişmiş və ya şirə formasında qəbul etməyin daha faydalı olduğunu vurğulayırlar.
Xüsusilə tərkibində yağ olan yeməklərlə birlikdə yeyildikdə beta-karotinin daha yaxşı mənimsəndiyi bildirilir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu