Yevlaxda yanğında ölənlərin sayı artdı: Daha bir nəfər həyatını itirdi
Yevlaxda yanğında ölənlərin sayı artdı: Daha bir nəfər həyatını itirdi
Yevlaxda ötən gün baş verən yanğın hadisəsində daha bir nəfər həyatını itirib.
Yanıq xəsarətləri alan şəxslərdən biri, 58 yaşlı Kamran Mayıl oğlu Mehdiyev Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Yevlax şəhərində 83 yaşlı Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi, bina 15/20 ünvanında yerləşən, ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyaları ilə birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi və onun oğlu həlak olublar. Yevlax şəhər sakini, 60 yaşlı Yasəmən Mayıl qızı Vahabova isə yanıq xəsarətləri alıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu