Telefon
WhatsApp
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
300 X 250 Reklam Alanı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur.

Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran sürücülərə bir daha xatırladırıq ki, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydasını pozmaq qəza riskini ciddi şəkildə artırır".

"Unutmayaq ki, yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil, həm də özümüzü və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur",- məlumatda qeyd edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150