Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə MÜRACİƏT
"Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu tip qəzaların əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır".
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.
Qeyd olunub ki, xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin olunmaması qəzalara səbəb olur:
"Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrə səbəb olur. Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir.
Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir. Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu