Yunanıstanın hava limanında tornado üç təlim təyyarəsini aşırıb
Yunanıstanın hava limanında tornado üç təlim təyyarəsini aşırıb
Sürəti 154,5 km/saat (94,5 mil/saat) olan tornado Yunanıstanın Aleksandrupolis şəhərinin mərkəzindən keçərək hava limanındakı üç təlim təyyarəsini, ağacları aşırıb, mağazaların vitrinlərinə və avtomobillərə ziyan vurub.
Bu barədə Yunanıstanın "ERT-news" telekanalı xəbər verib.
Məlumata görə, 10 yanvar axşamı şəhərdə şiddətli fırtına və tornado baş verib. Yerli Demokritos hava limanında güclü külək üç təlim təyyarəsini aşırıb. Həmçinin park edilmiş avtomobillərə də ziyan dəyib. Lakin pis hava şəraitinə baxmayaraq, hava limanındakı bütün uçuşlar normal rejimdə işləyir. Qayıqların sahilə çıxarıldığı şəhər limanında da ziyan qeydə alınıb.
Afina Milli Rəsədxanasının məlumatına görə, sürəti saatda 94,5 milə (154,5 km/saat) çatan və təxminən 15 dəqiqə davam edən külək şəhərin sahil və mərkəzi prospektləri boyunca 15-dən çox ağacı aşırıb, ya park edilmiş avtomobillərin üzərinə düşüb, ya da nəqliyyatın hərəkətini dayandırıb. Tentlər sökülüb, bir neçə mağazanın vitrinləri zədələnib, zibil qutuları, masalar və stullar aşıb. Xoşbəxtlikdən sakinlərdən heç biri xəsarət almayıb.
Aleksandrupolis və ətraf ərazilərdə yanğınsöndürmə xidmətləri küçələrdən yıxılmış ağacları kəsib təmizləmək, digər zərərləri aradan qaldırmaq və ictimai yerlərdə təhlükəsizliyi təmin etmək üçün çalışır. Hava proqnozlarına görə, güclü cənub-qərb küləyi səhərə qədər davam edəcək.
Aleksandrupolis bələdiyyəsinin açıqlamasında sakinlərə hərəkətlərini məhdudlaşdırmaq, ağaclardan, yol nişanlarından və ya müvəqqəti tikililərdən uzaq durmaq və hökumətin təlimatlarına əməl etmək tövsiyə olunub.
Kanalın məlumatına görə, Fəlakətlərdən sonra Bərpa üzrə İdarənin nümayəndələri qasırğanın vurduğu ziyanı qiymətləndirmək üçün 12 yanvarda Aleksandrupolisə gedəcəklər.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq