Yuxusuzluğun müalicəsinə kömək edən zülal aşkarlanıb
Yuxusuzluğun müalicəsinə kömək edən zülal aşkarlanıb
İsrailli alimlər SIRT6 adlı mühüm zülal aşkar ediblər.
"IThome" nəşrinə istinadən xəbər verir ki, bu zülal beynin fəaliyyətində əsas rol oynayır və yuxusuzluq, depressiya, eləcə də yaşla bağlı yaddaş pozuntularının müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.
Tədqiqatın mərkəzində triptofan adlı aminturşu dayanır. Triptofan qida vasitəsilə orqanizmə daxil olur və serotonin və melatonin hormonlarının sintezi üçün vacibdir. Serotonin əhval-ruhiyyəyə və öyrənmə qabiliyyətinə təsir göstərir, melatonin isə yuxunu və bioloji ritmləri tənzimləyir.
Lakin triptofan başqa bir yolla da parçalana bilər - kinurenin yolu ilə. Bu halda sinir hüceyrələri üçün zərərli maddələr yaranır. Alimlər müəyyən ediblər ki, SIRT6 zülalı "tənzimləyici" rolunu oynayaraq, serotonin və melatoninin yaranmasına kömək edir.
Yaş artdıqca və bəzi xəstəliklər zamanı SIRT6-nın aktivliyi azalır. Nəticədə faydalı maddələrin miqdarı azalır, toksik birləşmələrin səviyyəsi isə artır ki, bu da yuxu, əhvali-ruhiyyə və düşünmə qabiliyyəti ilə bağlı problemlərə səbəb ola bilər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu