Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Yuxusuzluq Parkinson və Alzheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.
Oxu.az Yeni info.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib.
Onun sözlərinə görə, qəfil başlayan yuxusuzluq Parkinson xəstəliyinə işarə edə bilər. Bu xəstəliyin ilkin mərhələsində sürətli yuxu fazasında davranış pozuntusu yarana bilər - insan qeyri-ixtiyari hərəkətlər edir, danışır və ya əllərini yelləyir. Bildirilib ki, yuxu problemləri titrəmə və əzələ sərtliyi kimi əsas simptomlardan illər əvvəl müşahidə oluna bilər.
Həkim qeyd edib ki, oxşar vəziyyət Alzheymer xəstəliyində də müşahidə olunur. Erkən mərhələdə sirkadian ritmlər pozulur, beyinin yuxu və oyanıqlıq fazalarını tənzimləməsi çətinləşir. Nəticədə insan gec yuxuya gedir, gecə tez-tez oyanır və gündüz güclü yuxululuq hiss edir.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı