Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlama
Yuxusuzluqla mübarizədə hansı əsas səhvləri buraxırıq? - Həkimdən açıqlama
Yuxuya gedə bilməməkdən yaranan məyusluq və narahatlıq yuxusuzluğu daha da dərinləşdirə bilər, çünki bu hal oyanıqlığı artıran hormonların aktivləşməsinə səbəb olur. Həmçinin smartfonla təmas da yuxunun gəlməsini gecikdirən əsas amillərdən biridir.
unu İspaniyanın Sanatas-La-Sarsuela Universitet Xəstəxanasının yuxu şöbəsinin koordinatoru, klinik neyrofizioloq Daniel Blanes Jakar "Hola" nəşrinə müsahibəsində bildirib.
Jakarın sözlərinə görə, əgər insan təxminən yarım saat ərzində yuxuya gedə bilmirsə, yataqdan qalxmalı və yataq otağından kənarda sakit, qeyri-məhsuldar bir işlə məşğul olmalıdır. Mütəxəssis solğun narıncı və ya sarı işıqlandırmadan istifadə etməyi tövsiyə edir. Ağ və ya mavi işıqdan fərqli olaraq, bu rənglər emosional reaksiyaya səbəb olmur və melatoninin - yuxunu tənzimləyən hormonun ifrazını stimullaşdırır.
"İdeal məşğuliyyət mümkün olan ən darıxdırıcı kitabı oxumaqdır", - deyə o əlavə edib.
Neyrofizioloqun sözlərinə görə, yataqda yatmağı gözləyərkən "qadjetlərə yapışmaq" insanların yol verdiyi əsas səhvlərdəndir. Jakar vurğulayıb ki, smartfondan istifadə, televizora baxmaq, kompüterdə işləmək və ya diqqət tələb edən digər fəaliyyətlər yuxunu yalnız gecikdirir. Bu cür məşğuliyyətlər beyni stimullaşdırır, yuxu çatışmazlığı ilə bağlı narahatlığı artırır və yuxusuzluğun davametmə müddətini uzadır.
Həkim əlavə edib ki, yatmazdan əvvəl kifayət qədər qida qəbul etməmək də əlavə risk faktorudur.
"Əgər insan şam yeməyindən imtina edirsə və ya çox az yeyirsə, gecə hipoqlikemiya - qlükoza səviyyəsinin kəskin düşməsi baş verə bilər. Bu vəziyyət tez-tez oyanmalara səbəb olur və yenidən yuxuya getməyi çətinləşdirir. Yüngül, lakin tam dəyərli şam yeməyi gecə yuxusuzluğu ehtimalını azaldır və yuxu keyfiyyətini stabilləşdirməyə kömək edir", - deyə ekspert qeyd edib.







Oxşar -Yeniinfo.az
ABŞ İrana qarşı qoşun yığır: 90 qırıcı, 110 raket, sulatı qayıq
Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
İranda azərbaycanlı həkim Pezeşkiana şikayətləndi: "Bizi incitməsinlər"
Çində avtomobillərin qiymətləri ilə bağlı yeni qaydalar tətbiq edildi
Tramp Ukrayna danışıqlarından imtina edə bilər - ABŞ-nin "payız imtahanı"
Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu deyib
Zelenski: Ukrayna pis müqaviləyə razılaşmaqdansa, mübarizəni davam etdirməyə üstünlük verir
ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib