Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində
Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
Yeni info.az-a Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.
General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.
Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.







Oxşar -Yeniinfo.az
Afrika haqqında mənfi xəbərlər qitəyə milyardlarla dollar ziyan vurur
Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində
Laçında su elektrik stansiyalarının açılışı oldu
İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi
Bakıda iki motosiklet toqquşdu: sürücü öldü
Sabirabadda məktəb yandı
Suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü