Zaxarovadan Azərbaycanın 3 şəhərinə işarə
Zaxarovadan Azərbaycanın 3 şəhərinə işarə
“Biz Azərbaycanla müxtəlif regional formatlarda sıx əməkdaşlıqda maraqlıyıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun gücləndiyini görürük. Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsi artıq formalaşmış ənənənin sübutudur. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub.
Biz Bakı ilə qarşılıqlı fəaliyyətimizi müsbət qiymətləndiririk, çünki bu il Azərbaycan MDB çərçivəsində müxtəlif sektorlarda əməkdaşlığımızın çox fəal nümunəsidir. Məsələn, MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edən Qəbələ, Laçın Gəncə kimi…”.
Zaxarova qeyd edib ki, Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulması təqdirəlayiqdir:
“Onların arasında dövlət başçılarının beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq və Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı bəyanatları da var”.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"