Zelenski ABŞ ilə danışıqlarda ən mürəkkəb məsələni açıqladı
Zelenski ABŞ ilə danışıqlarda ən mürəkkəb məsələni açıqladı
"Ukrayna ABŞ ilə Berlindəki danışıqlarda ərazi məsələsi üzrə razılığa gələ bilməyib".
Ukrayna Prezidenti Volodimir Zelenski bu açıqlamanı Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında verib.
Prezident əlavə edib ki, Ukrayna nümayəndələri amerikalı həmkarları ilə danışıqları davam etdirəcəklər. Nəticə əldə etmək üçün demək olar ki, gecə-gündüz iş aparılır.
Zelenskinin sözlərinə görə, ərazilər ən mürəkkəb məsələlərdən biridir.
"Ərazilərlə bağlı kifayət qədər dialoq aparıldı. Açığı, hələ də fərqli mövqelərimiz var. Amma düşünürəm ki, həmkarlarım mənim şəxsi mövqeyimi eşitdilər. Bu mövqeyi şəxsən çatdıra bildiyim üçün çox şadam", - deyə o bildirib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək