Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edib
Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə NATO-nun Baş katibi Mark Rütte, Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşdə təhlükəsizlik təminatlarını müzakirə edib.
Bu barədə Ukrayna lideri özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, həmsöhbətlərinə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı "diplomatik istiqamətdəki vəziyyət" barədə məlumat verib.
"Sülhə nail olmaq, təhlükəsizlik zəmanətləri və dayanıqlılığımızın gücləndirilməsi üzrə amerikalı tərəfdaşlarımızla gördüyümüz işləri ətraflı müzakirə etdik. Biz həmçinin PURL (Prioritized Ukraine Requirements List / Ukraynanın prioritet ehtiyaclarının siyahısı - red.) təşəbbüsünə və reparasiya kreditinə toxunduq. Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşdü. Koordinasiyalı və konstruktiv şəkildə fəaliyyət göstəririk", - deyə Zelenski vurğulayıb.
Öz növbəsində, Koşta bildirib ki, Avropa Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərinə töhfə verməyə davam edəcək.
"Biz Prezident Zelenskiyə təsdiqlədik ki, Aİ prinsiplərinə sadiq qalaraq mövqeyində dönməzdir. Ukraynanın təhlükəsizliyi uzunmüddətli perspektivdə təmin olunmalıdır və bu, İttifaqımızın müdafiəsinin birinci xətti kimi qəbul edilməlidir", - deyə Aİ Şurasının sədri "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, daha əvvəl V. Zelenski Londonda "Avropa üçlüyü" liderləri ilə görüşmüşdü.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..