Zelenski İranla bağlı qərar verdi
Zelenski İranla bağlı qərar verdi
Ukrayna Prezidenti Volodimir Zelenski İrana əks mövqedə dayanaraq Yaxın Şərq ölkələrinə dəstək təkliflərinin hazırlanmasını tapşırıb.
O bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ukrayna Prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı xüsusi iclas keçirdiyini açıqlayıb.
Onun sözlərinə görə, müzakirələr regiondakı gərginliyin Ukrayna və tərəfdaş ölkələr üçün yarada biləcəyi risklərə, həmçinin Kiyevin Fars körfəzi dövlətlərinə mümkün dəstək imkanlarına həsr olunub.
Zelenski bildirib ki, Ukrayna mülki əhalinin qorunmasına, münaqişələrin genişlənməsinin qarşısının alınmasına və qlobal bazarların sabitləşdirilməsinə töhfə verə bilər.
Prezident xarici işlər nazirinə kəşfiyyat xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndələri ilə birlikdə region ölkələrinə mümkün dəstək mexanizmləri barədə konkret təkliflər hazırlamağı tapşırıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi