Zelenski istefa verə bilərmi? - Ekspert
Zelenski istefa verə bilərmi? - Ekspert
Ukrayna Prezidenti Vladimir Zelenskinin tezliklə istefa verəcəyini gözləmirəm. O, faktiki olaraq müdafiə olunmağa, müqavimət göstərməyə çalışır. Düzdür, ABŞ tərəfindən böyük təzyiqlər var. Lakin ABŞ-ın təzyiqləri istefayla yox, daha çox onun sülh şərtləriylə razılaşmasıyla bağlıdır.
Bu sözləri siyasi ekspert Turab Rzayev Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia barədə danışarkən deyib.
T.Rzayevin sözlərinə görə, Zelenski ya ABŞ Prezidenti Donald Trampın şərtlərinə uyğun yanaşma ortaya qoymalıdır, ya da korrupsiya skandalı getdikcə onun özünə yaxınlaşacaq:
“Zelenskinin istefa vermək planı olduğunu düşünmürəm. Onun çıxışları göstərir ki, sona qədər Rusiyaya qarşı cəbhəni davam etdirməyə çalışır. Burada da ən çox Britaniya, Fransa və Almaniya tərəfindən dəstəklənir”.







Oxşar -Yeniinfo.az
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır – Kreml rəsmən elan etdi
Əraqçi bunu ABŞ-la danışıqların əsas şərti hesab edir
Polşa Zelenskiyə verdiyi ali mükafatı GERİ ALDI
ABŞ-İran müharibəsi yenidən başlaya bilərmi? - Tramp
BMT TŞ-də Ukrayna müzakirə ediləcək
Starmer yaxın günlərdə istefa verə bilər
Donald Tramp Türkiyəyə gedəcək
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?