Zelenski nümayəndələrini danışıq üçün ABŞ-a göndərdi
Zelenski nümayəndələrini danışıq üçün ABŞ-a göndərdi
Ukrayna nümayəndə heyəti bu gün ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Mayamiyə gedib.
Nu barədə “Ukrinform” məlumat yayıb. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kiril Budanov, Prezident Aparatının rəhbərinin birinci müavini Sergey Kıslıtsya və “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamiya daxildir.
Amerika tərəfini Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.
Xatırladaq ki, Rusiya tərəfi bu danışıqlarda iştirak etmir.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Amerika nümayəndə heyətlərinin ABŞ-da dörd məsələni müzakirə edəcəyini açıqlamışdı.
Ukrayna nümayəndələri həmçinin ABŞ ilə dronlarla bağlı təklif olunan razılaşmanı da müzakirə edəcəklər.
Ukrayna, ABŞ və Rusiya arasında danışıqların sonuncu mərhələsi fevralın ortalarında İsveçrədə baş tutub. O vaxtdan bəri ABŞ-ın İrana qarşı müharibəsi səbəbindən görüşlər dayandırılıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi