Zelenski öldürüləcək, Ukrayna parçalanacaq! – Simonyan
Zelenski öldürüləcək, Ukrayna parçalanacaq! – Simonyan
“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün taleyi ilə bağlı fikirlərini açıqlayıb.
O, bu barədə “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında danışıb.
Simonyanın sözlərinə görə, Zelenski nəzəri olaraq ölüm cəzası ilə üzləşə bilər. Lakin Rusiyada bu cəza növünə moratorium tətbiq edildiyi üçün ən ağır mümkün hökmün ömürlük həbs cəzası ola biləcəyini də bildirib. O qeyd edib ki, bu yanaşma Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müddəalarına əsaslanır.
Bundan əlavə, Simonyan Ukraynanın gələcəyi ilə bağlı da proqnoz irəli sürüb. Onun fikrincə, ölkə iki mümkün ssenari ilə üz-üzədir: ya Ukrayna parçalanacaq, ya da Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı prosesin nəticəsində Avropanın təsir dairəsində olan dövlətə çevriləcək.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq