Zelenski: "Parad artıq Ukraynadan asılı vəziyyətə düşüb"
Zelenski: "Parad artıq Ukraynadan asılı vəziyyətə düşüb"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 May paradının artıq Ukraynadan asılı vəziyyətə düşdüyünü bildirib.
Modern.az Yeni info.az xəbər verir ki, Zelenski Rusiyanın atəşkəslə bağlı təklifə yeni hücumlarla cavab verdiyini deyib.
Onun sözlərinə görə, Donetsk, Xarkov, Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojye və Xerson vilayətlərindən gün ərzində davamlı zərbə xəbərləri daxil olub.
“Rusiya hərbi fəaliyyətinin heç bir növünü dayandırmayıb. Ukrayna da güzgü prinsipi ilə hərəkət edəcək”, - deyə o vurğulayıb.
Zelenski bildirib ki, Kiyev Moskvaya tam atəşkəs və diplomatik həll təklifi verib və Rusiya tərəfi əlaqə yollarını yaxşı bilir.
“Əgər Moskvadakı bir nəfər üçün yalnız parad vacibdirsə, bu başqa məsələdir. Rusiya müharibəni elə həddə çatdırıb ki, artıq onların əsas paradı da bizdən asılıdır”, - deyə Ukrayna Prezidenti əlavə edib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi