Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər
Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər
Rusiyanın pilotsuz uçuş aparatlarının (dronların) istehsalı sahəsində İranla əməkdaşlığı ciddi təhlükə yaradır və hətta dünya buna hazır olmadığı halda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.
UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, genişmiqyaslı müharibənin ilk dövrlərində Rusiya İranın verdiyi silahlardan Ukraynaya qarşı fəal şəkildə istifadə edib. Onun sözlərinə görə, hazırda İran oxşar texnologiyalardan Yaxın Şərqdəki münaqişələrdə istifadə edir və ABŞ-ın hərbi bazalarına hücumlar həyata keçirir. Ukrayna kəşfiyyatı həmçinin müharibədə istifadə olunan “Şahed” dronlarında Rusiya istehsalı olan detalları qeydə alır.
O əlavə edib ki, əgər münaqişə payıza qədər dayandırılmasa, bu, uzunmüddətli müharibəyə çevrilə və qlobal nəticələrə səbəb ola bilər.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi