Zelenski: Rusiya İranın kamikadze dronları ilə Polşanın hava məkanına daxil olub
Zelenski: Rusiya İranın kamikadze dronları ilə Polşanın hava məkanına daxil olub
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dronlarının Polşanın hava məkanını pozmasına münasibət bildirib.
Ukrayna lideri baş verənləri Avropa üçün son dərəcə təhlükəli bir presedent adlandırıb.
Ukrayna lideri deyib ki, Rusiya İran istehsalı 8 “Şahed” dronu ilə NATO-nun, o cümlədən Polşanın hava məkanını pozub: “Əlavə addımların atılıb-atılmaması tamamilə koordinasiyadan və cavabların gücündən asılıdır. Ruslar bunun nəticələrini hiss etməlidirlər. Rusiya başa düşməlidir ki, müharibəni genişləndirmək olmaz və onu dayandırmaq lazımdır. Sanksiyalardakı fasilə çox uzun müddət davam edib. Rusiyaya və onun tərəfdaşlarına qarşı məhdudiyyətlərin tətbiq edilməsinin təxirə salınması yalnız zərbələrin şiddətinin artması deməkdir. Rusiyanın qarşısını almaq üçün kifayət qədər silah lazımdır. Qətiyyətli cavab lazımdır və bu, yalnız bütün tərəfdaşların birgə cavabı ola bilər: Ukrayna, Polşa, bütün avropalılar, Amerika Birləşmiş Ştatları”.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...