Zelenski Rusiyanın dəhşətli hücumuna belə reaksiya verdi
Zelenski Rusiyanın dəhşətli hücumuna belə reaksiya verdi
Yanvarın 27-də Rusiya Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücum edib. Bu cür mülki əhaliyə yönəlmiş hücumlar hər yerdə – Avropada, Amerikada, ərəb ölkələrində, Çində və digər regionlarda – terror aktı kimi qiymətləndirilir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb.
Prezident bildirib ki, qatarda hərbi məqsəd güdülməyib:
“Həmin qatarda 200-dən çox insan olub. Dronlardan birinin vurduğu vaqonda 18 nəfər var idi. Üç dron tərəfindən edilən bu hücum nəticəsində dörd nəfər həlak olub. Həlak olanların ailə və yaxınlarına başsağlığı verirəm. Xilasedicilər daha dörd nəfəri axtarır, ikisi isə yaralanıb”, – deyə Zelenski qeyd edib.
O vurğulayıb ki, Rusiya öz törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi